Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni il təbriki – Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni illə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, M. Əliyeva bunu sosial media hesabında yazıb.

“Əziz bacılar və qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”, – deyə paylaşımda qeyd edib.