medvede

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelaya hücumunu şərh edib.

Globalinfo.az xəbər verir ki, o, Vaşinqtonun bu addımlarının qanunsuz olduğunu, lakin ABŞ Prezidenti Donald Trampın ölkəsinin milli maraqlarını müdafiə etdiyini deyib.

“Trampın davranışının açıq-aşkar qanunsuzluğuna baxmayaraq, müəyyən bir ardıcıllığa malik olduğunu etiraf etmək lazımdır.

O və komandası ölkəsinin milli maraqlarını çox qətiyyətlə müdafiə edirlər”, – deyə Medvedev vurğulayıb.

Onun sözlərinə görə, “güc haqlıdır” siyasəti yalnız Trampa deyil, bütövlükdə ABŞ-a xasdır.

Tahir Turan
Globalinfo.az 

Paylaş: