mask 900x614 1

Amerikalı milyarder İlon Mask İspaniyada baş verən hadisələri aktyor Bred Pitin məşhur filmindən bir səhnəyə bənzədib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

“İspaniyada vəziyyət lap dəhşətlidir!”, – deyə Mask yazıb.

İş adamının paylaşıdığı səhnə 2013-cü ildə Bred Pittin baş rolda oynadığı “World War Z” filmindəndir.

Filmdə naməlum virus sürətlə bütün dünyaya yayılır və yoluxmuş insanlar saniyələr ərzində aqressiv zombilərə çevrilirlər. BMT-nin keçmiş əməkdaşı Gerri Leyn (Bred Pitt) isə həm ailəsini xilas etməyə, həm də bəşəriyyəti məhv olmaqdan qorumaq üçün virusun mənbəyini və ona qarşı həll yolunu tapmağa çalışır. Filmdə ən yadda qalan səhnələrdən biri minlərlə zombinin divarlara dırmaşaraq şəhərlərə axın etməsidir.

Qeyd edək ki, İlon Maskın bu reaksiyası İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta (Ceuta) anklavında yaranmış miqrant böhranı fonunda gəlib. Son günlər minlərlə miqrantın Mərakeşdən Seutaya keçməsi bölgədə gərginlik yaradıb. İspaniya hökuməti sərhədə əlavə hərbçi və polis qüvvələri göndərib, hadisə isə Avropada qeyri-qanuni miqrasiya ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: