“Ən varlı adam” siyahısında dəyişiklik – Yeni lider

“Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask “Bloomberg”in milyarderlər indeksində yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerə yüksəlib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə reytinqin saytında məlumat yayılıb.

Maskın sərvəti 192 milyard dollar qiymətləndirilir. LVMH (Moet Hennessy – Louis Vuitton) şirkətinin sahibi Bernard Arno 187 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

“Forbes” reytinqində isə Bernard Arno hələ də dünyanın ən varlı adamıdır, onun sərvəti 215 milyard dollardır. Həmin siyahıda İlon Mask 200 milyard dollarlıq sərvətlə ikincidir.

Bernard Arno 2022-ci ilin dekabrında “Bloomberg”in reytinqində İlon Maskı ötüb. Müşahidəçilər bunun texnologiya sənayesindəki çətinliklərlə bağlı olduğunu düşünür. Parisdə yerləşən “Euronext” birjasında ticarət zamanı LVMH şirkətinin səhmləri 2,6% ucuzlaşdığından iş adamları indi yerlərini dəyişiblər. Bernard Arno bir gündə 11,2 milyard dollar itirib.