Amerikalı milyarder İlon Mask Birləşmiş Ştatların hazırkı vitse-prezidenti Ceyms Devid Vensi gələcək dövlət başçısı adlandırıb.
Globalinfo.az xəbər verir ki bu barədə o, “X” platformasında Venslə bağlı bir paylaşıma münasibətdə yazıb.
“İndiyə qədərki ən yaxşı vitse-prezident və gələcək prezidentimiz”, – Maskın rəyində qeyd olunur.
Milyarderin sözləri 2028-ci ildə keçiriləcək prezident seçkilərində C.D Vensin namizədliyinin irəli sürülməsinin planlaşdırılması və Maskın onu dəstəkləməyə hazırlaşması kimi dəyərləndirilib.
Ayşən Mustafa
Globalinfo.az