64b0410a0a31164b0410a0a312168927258316de1d9ec96954224a4942fcb930bcdb

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, sürücü idarə etdiyi “Opel” markalı maşınla sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi avtomobil detallarının satışı mağazasına çırpılıb.

Maşın deformasiyaya uğrayıb, sürücü xəsarət alıb. Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.

Qəzanın dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

64b0410a0a31164b0410a0a312168927258316de1d9ec96954224a4942fcb930bcdb 64b0410a5747464b0410a574751689272583678e12d320dcdad6eb3144924403a9f3 64b041091f26064b041091f2611689272583eac2a4e6d90393c63684e2e58b98ad07 64b0410889bbb64b0410889bbc168927258345abb6aa4a60807095c8b1a70186c6cb 64b04108cea1364b04108cea1416892725831bda12ddbee2521fcee30eff0c8f1e57 64b0410841ce964b0410841cea16892725836f9b4a60c8ca4d9f11bc2ced84532cc3 64b04107546bd64b04107546bf16892725839682f6595086d043317bb7d69b545d73

Paylaş: