“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç yenidən Polşa millisinə dəvət edilə bilər.
Globalinfo.az “SportoweFakty” portalına istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya Çempionlar Liqasının əsas mərhələsinin “Mançester Yunayted”ə qarşı açılış oyunundan (0:4) dərhal sonra Polşadan zəng gəlib:
“Kimsə mənə zəng etdi. Dedilər ki, yaxından nəzarət altındayam. Bu, əladır. Milli komandanın məşqçilər heyətindən kimsə “Old Trafford”da məni izləyib-izləmədiyini bilmirəm, amma düşünürəm ki, yaxşı oynadım”.
27 yaşlı futbolçu 2021-ci ildə Polşa millisində debüt edib və 5 matça çıxıb.