makron

Avropalı siyasətçilər Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsini xüsusi müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ABŞ-a gözlənilən səfəri barədə danışarkən deyib.

Makronun sözlərinə görə, məqsəd ABŞ-ın bu məsələdə konkret mövqeyini və sazişlərdə iştirak dərəcəsini öyrənməkdir:

“Biz Vaşinqtonda olacağıq və ABŞ-ın təhlükəsizlik zəmanətləri məsələsini gündəmə gətirdiyini və bu prosesdə iştirakını təsdiqlədiyini nəzərə alaraq onların nə dərəcədə qoşulmağa hazır olduqlarını soruşacağıq”, – deyə Fransa lideri vurğulayıb.

O əlavə edib ki, “istəklilər koalisiyası” çərçivəsində keçirilən görüşdə təhlükəsizlik zəmanətlərinin necə rəsmiləşdirilməsi və gələcəkdə hansı hüquqi-siyasi mexanizmlərlə təmin olunması məsələləri də qaldırılıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: