Məşhur xəstəxanada körpə öldü

Bakıda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 12-də səhər saatlarında “Baku Medical Plaza” xəstəxanasına gətirilən 1994-cü il təvəllüdlü Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Lakin körpə 1 sutka sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.