Lukaşenkoya böhtan atan Komissarenko barəsində qərar

lukasenko 1

Belarusun Minsk şəhər məhkəməsi komediya ustası Vyaçeslav Komissarenkonu cinayət məcəlləsinin bir sıra maddələrində, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı təhqir və böhtanda təqsirli bilib, o, qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belta agentliyi məlumat yayıb.

Məlumata görə, Komissarenko həmçinin irqi, milli, dini və nifaq salmaqda təqsirli bilinib.

Qeyd edək ki, 2022-ci ilə qədər Komissarenko Rusiyada yaşayıb, sonra Avropaya köçüb – əvvəlcə Polşa, sonra Türkiyədə yaşayıb. Komediya ustası hazırda Çexiyada yaşayır.