2024 12 25T142512Z 1100448482 RC2CWBASFS3F RTRMADP 3 RUSSIA PUTIN CIS pic 32ratio 900x600 900x600 64894

Belarus Prezidenti Aleksandr Lukaşenko 2026-cı ildə İrana səfər edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Belarusun STV telekanalına müsahibəsində məlumat verib.

“Biz gələn il Belarus Respublikası Prezidentinin İrana yüksək səviyyəli səfərini gözləyirik”, – Xətibzadə bildirib.

Diplomatın sözlərinə görə, yaxın vaxtlarda İran xarici işlər nazirinin də Belarusa səfəri planlaşdırılır. O əlavə edib ki, tərəflər iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasını və iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri müzakirə edirlər.

Tahir Turan

Globalinfo.az

Paylaş: