Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbədənkənar iclasında deyib ki, Azərbaycanla düşmənçiliyə son qoyulmalıdır. “Ümid edirik ki, onilliklərdir davam edən münaqişəyə son qoyulacaq” A. Simonyan deyib.
Ermənistanın bu bəyanatları səmimidirmi? Yoxsa bu, aldadıcı gedişdirmi? Sərhədlərin delimitasiyasının tezliklə başa çatdırılması mümkündür?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Alen Simonyan Paşinyan hakimiyyətin önəmli fiqurlarındandır.
“2022-ci ildə o, qısa da olsa prezident vəzifəsini icra edib. Bu da əslində göstərir ki, Paşinyan ona çox güvənir.
A.Simonyanın açıqlamaları hər zaman mülayim tərzdə olub. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərdə də o bu görüşləri səbirsizliklə gözlədiyini deyib. Təbii ki, məsələ Simonyanın nə qədər səmimi olması deyil, onun real vəziyyət qarşısında dedikləridir.
Reallıq ondan ibarətdir ki, bu gün Ermənistana ABŞ və İngiltərədən konkret tapşırıqlar gəlir ki, Azərbaycan ilə barışmaq lazımdır. İki həftə öncə isə ABŞ Dövlət katibi Entoni Blinken dedi ki, bizim sülh sənədi imzlamaq üçün real imkanlarımız yaranıb. Qərbdəki hakim dairələrdə artıq Bakının geri addım atmayacağını bilir. Buna görə də İrəvana ardıcıl təzyiqlər edirlər. Bu mənada A. Simonyanın dedikləri ölkəsinin atacağı addımları təsvir edir”.
Turan Rzayev
Globalinfo.az