“Livan ordusuna məxsus tunellərdə İsrail dövlətə qarşı hücumlar hazırlanıb”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Simona Halperin deyib.
O bildirib ki, tunellər əməliyyat zamanı aşkarlanıb.
“Biz Livanda əməliyyata başlayanda və ora daxil olanda İsrailə hücum etmək üçün nəzərdə tutulan yeraltı anbarları və tunelləri aşkarladıq”, – deyə Halperin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az