lavrovv

Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinə müsahibəsində Belarusdan uşaqları daşıyan avtobusa edilən hücum və Kiyevin Krımla bağlı son bəyanatlarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Lavrov avtobusa hücumu şərh edərək bunun mülki şəxslərə qarşı yönəlmiş hərəkət olduğunu vurğulayıb.

O, hadisənin qəbuledilməz olduğunu qeyd edib və məsul şəxslərin cavab verməli olduğunu deyib.

Nazir həmçinin Ukrayna rəsmilərinin Krımla bağlı son açıqlamalarına da toxunub. Lavrov bu bəyanatları təhdid xarakterli adlandıraraq Rusiyanın öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: