Zaxarova: “Zelenskinin rejimi KTMT üzvləri üçün təhdidə çevrilib”

1726825262 1688641299 zaxarova 2 810x544 1

“Zelenskinin rejimi Rusiya və müttəfiqləri üçün real təhlükəyə çevrilir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“NATO tərəfindən dəstəklənən cinayətkar Zelenski rejimi təkcə Rusiya üçün deyil, eyni zamanda guya konstruktiv dialoq qurmağa çalışdığı digər ölkələr üçün də real və ciddi təhlükəyə çevrilir”, – o bildirib.

Zaxarovanın sözlərinə görə, 19 və 20 iyun tarixlərində Ukrayna Silahlı Qüvvələrinə məxsus onlarla PUA-nın Qazaxıstanın hava məkanından keçərək Rusiya ərazisinə doğru istiqamətləndiyi qeydə alınıb.

“Bu cür addımları qəti şəkildə pisləyirik. Bu, bizim müttəfiqimiz və KTMT-nin üzvü olan Qazaxıstana qarşı təxribatdır. Bu hadisə bir daha Kiyevdəki neonasist diktaturanın prinsipsiz mahiyyətini nümayiş etdirir. Ukrayna rəhbərliyi öz ölkəsinin ərazi bütövlüyü haqqında pafoslu çıxışlar edərkən başqalarının ərazi bütövlüyünü pozmaqdan çəkinmir”, – deyə o vurğulayıb.

Zaxarova beynəlxalq təşkilatları bu təxribatla bağlı reaksiyaya çağırıb.

Aysel Əliyeva
Globalinfo.az