Laçın postundan daha 60 erməni keçdi – VİDEO

Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.

Globalinfo.az bildirir ki, bu gün məntəqədən növbəti dəfə 60-a yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid ediblər.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.