tramp putin

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş üçün heç bir hazırlıq aparılmır”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov görüş üçün sadəcə ilkin razılaşmanın olduğunu bildirib:

“Hələ əsaslı hazırlıq yoxdur, bəyan edilmiş anlaşma və siyasi iradə var. Çünki bu cür təmaslar çox, çox zəruri və məqsədəuyğundur. Bəzi ölkələr görüş üçün danışıqlar platforması rolunu oynamağa hazır olduqlarını bildiriblər. Lakin bunun üçün hələ tezdir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: