Klinika rəhbərinin oğlu tanışını bıçaqladı

Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.

S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən “Yovşan” klinikasının rəhbəri  Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.