İran PUA-ları səmada məhv edildi

Rusiya qüvvələri səhər saatlarında Ukraynaya pilotsuz uçuş aparatları (dron) ilə hücum edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, paytaxtda güclü partlayış səsləri eşidilib.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, paytaxta 9 “Şahed” dronları ilə hücum olub.

Qeyd olunur ki, paytaxtda hava hücumundan müdafiə sistemi işləyir.

Bütün PUA-ların vurulduğu qeyd olunub.