Kim Çen İnin bacısı ABŞ-ı yenə hədələdi

Əgər KXDR qitələrarası raketinin Sakit okeana növbəti sınaq buraxılışı zamanı ABŞ onu vurmağa cəhd etsə, Pxenyan bu hərəkəti müharibə elanı kimi qəbul edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çjon deyib.

“Açıq dənizdə və ABŞ-ın yurisdiksiyasına aid olmayan bir bölgədə, ətraf ölkələrin təhlükəsizliyinə heç bir zərər vermədən həyata keçirilən strateji silahların sınaq buraxılışını ələ keçirmə kimi hərbi reaksiya izləyəcəyiksə, bu, KXDR-ə qarşı açıq müharibə kimi qiymətləndiriləcək”, – Çjon bildirib.