“Almaniya vətəndaşlarının əksəriyyəti federal kansler Fridrix Merzin istefasını istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşr “Ipsos-Politikmonitor”un keçirdiyi sorğunun nəticələrinə istinad edib.
Araşdırmaya əsasən, respondentlərin 44 faizi Fridrix Merzin kansler və Xristian Demokrat İttifaqının (XDİ) lideri vəzifəsindən istefa verməli olduğu fikri ilə tam razılaşıb.
Daha 14 faiz bu fikirlə qismən razı olduğunu bildirib. Respondentlərin yalnız 11 faizi Merzin istefasına qəti şəkildə qarşı çıxıb.
Bundan əlavə, almanların 48 faizi Merzin kansler vəzifəsində uğursuzluğa düçar olduğu fikri ilə tam razılaşıb, 19 faiz isə bu mövqeyi qismən dəstəkləyib.
Qeyd edək ki, bundan əvvəl keçirilən sorğuya əsasən də Fridrix Merzin reytinqi Almaniya kanslerləri arasında indiyədək qeydə alınan ən aşağı səviyyəyə düşmüşdü.
Araşdırmaya görə, respondentlərin yalnız 10 faizi siyasətçinin fəaliyyətindən razı qalıb.
88 faiz isə onun Almaniya kansleri kimi fəaliyyətindən narazı və ya tamamilə narazı olduğunu bildirib.
Xatırladaq ki, F.Merzin ötən günlərdə Kiyevə səfər etməsi də almanlar arasında etiraza səbəb olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az