Rusiyanın hədəfindəki 6 Ukrayna şəhəri – Medvedev açıqladı

“Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev və Kiyev işğal edilən bir çox yer kimi Rusiya şəhərləridir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Rusiya Ukraynanın çılğın hakimiyyəti kimi danışıqlardan heç vaxt üz çevirməyib. Danışıqlar üçün vaxt məhdudiyyəti yoxdur. Bu, “Banderanın NATO qüvvələri” məğlubiyyətə uğrayana və təslim olmasına kimi baş tuta bilər”, – D.Medvedev bildirib.

Ayşən Mustafa
Globalinfo.az