Erməni kilsəsi separatçıları təşkilatlandırır – Ofis yaradıldı

İrəvanda Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının ofisi yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yeparxiyanın rəhbəri yepiskop Vrtanes Abramyan məlumat verib.

O, bu ofisin Qarabağ ermənilərinin haqları ilə bağlı məsələləri qaldıracağını bildirib. Erməni mətbuatı yeparxiyanın ofisinin həmçinin beynəlxalq təşkilatlarla Qarabağa ermənilərin qayıtmasını müzakirə etmək üçün istifadə ediləcəyini yazıb.

Maraqlı məqam odur ki, ofisin rəhbərliyi keçmiş separatçı məmurlara verilib. Bunlar sırasında separatçı rejimin keçmiş “mədəniyyət naziri” Lernik Ovanisyan, eləcə də keçmiş “xarici işlər naziri” Karen Mirzoyan da yer alıb.

Qeyd edək ki, Ermənistan rəhbərliyi bundan öncə Qarabağ ermənilərinin Ermənistanda rəsmi qurumların ofislərinin açmasına qarşı olduğunu bəyan etmişdi.

Tahir Turan
Globalinfo.az