Kılıçdaroğlunun maşın karvanında qəza: 4 nəfər… – FOTOLAR

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 7 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, jurnalistlərin olduğu mikroavtobusun toqquşması nəticəsində 2-si jurnalist olmaqla 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.