İranın Fordo nüvə obyekti yaxınlığında yeraltı təkanlar qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Seysmoloji Xidməti məlumat yayıb.
İyunun 15-i axşam saatlarında qeydə alınan zəlzələ 2,5 bal gücündə olub. Məlumata görə, obyektə ziyan dəyməyib.
Fordo nüvə obyektinin ərazisi daha öncə İsrailin hava hücumuna məruz qalıb. Lakin buna baxmayaraq obyekt qərar görməyib, Təl-Əvivin İranın nüvə silahı əldə etməsi baxımından mühüm olan Fordonu məhv etmək üçün yenidən hücuma keçəcəyi güman edilir.
Əliyar Xəlil
Globalinfo.az