Bir neçə gün əvvəl səhhəti ilə əlaqədar Bakıdan Türkiyəyə müalicəyə aparılan 8 yaşlı Elxan vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Əslən Qərbi Azərbaycanın Amasiya bölgəsindən olan azyaşlı dünən Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.