Livan Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölənlərin sayını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, “Livaninfo” portalı məlumat yayıb. Qeyd olunub ki, hücumlar nəticəsində ölənlərin sayı 3000 nəfəri keçib
Məlumata görə, hərbi eskalasiyanın başlanğıcından (2 mart) bəri Livanda 3020 nəfər ölüb, daha 9273 nəfər yaralanıb. Son gündə İsrail Hərbi Hava Qüvvələrinin basqınlarının qurbanı 32 nəfər olub, 64 nəfər yaralanıb.
Departamentin məlumatına görə, bu rəqəmlər qəti deyil, ölkənin cənubunda və şərqində dağıdılmış binaların dağıntılarının sökülməsi davam edir.
Tahir Turan
Globalinfo.az