Ovannisyandan gülünc açıqlama: Əliyevin bayraq ucaltmasına belə cavab verək

“Xankəndidə Azərbaycan bayrağının qaldırılması bizim faciəmizdir”.

 Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi, “Alternativ Layihələr” qrupunun rəhbəri Vahe Ovannisyan deyib.

O, Paşinyanın fəaliyyəti müddətində baş verənlərə diqqət çəkib:

“Qarabağı itirdikdən sonra İrəvanda hakimiyyət dəyişikliyinin olmaması, ən azı bir nəfərin belə istefa verməməsi normal deyil. Nikol Paşinyan 5 ildir hakimiyyətdədir, bu müddət ərzində 4 müharibə baş verib. Bunu nə dərəcədə uğurlu hesab etmək olar? Öz fəaliyyətinin uğursuz olduğunu dərk etməsi üçün başqa nə baş verməlidir? Hazırda Əliyevə yeganə cavabımız İrəvanda hakimiyyət dəyişikliyi bayrağını qaldırmağımız ola bilər. Əgər bunu etməsək, Azərbaycanın bayraqlarına hələ çox yol açılacaq”.

Ayşən Mustafa
Globalinfo.az