muharibe ermeni


Ermənistan hökuməti bilərəkdən torpaqlarımızı Azərbaycana güzəştə gedir.

Globalinfo.az xəbər verir ki, bunu ehtiyatda olan erməni general-mayor Tatul Petrosyan deyib.

“Hökumətin iclasında elan edildi ki, ordu sərhəddən geri çəkilməlidir, sərhədi sərhədçilər qorumalıdır. Bizim sərhəd zonamız 1400 kilometrdir. Sərhəd Qoşunları isə öz yüngül texnikaları ilə mövqelərini saxlamaq gücündə deyillər. Paşinyan bunu qəsdən edir ki, Sərhəd Qoşunları xidmətçilər kimi onun əmrini yerinə yetirib mövqelərindən çıxsınlar. Çünki zamanında ordu nümayəndələri onun bu tələbini icra edə bilmirdilər” – o bildirib.

Paşinyanın həyat yoldaşı Anna Akopyanın erməni ordusunda müharibə zamanı 11 min fərarinin olması fikrinə toxunan Petrosyan bu bəyanatın Ermənistanda ordunun buraxılması və ölkənin demilitarizasiyasına yönəldiyini söyləyib:

“Onlar bu istəklərinə Qarabağda nail oldular, indi Ermənistanı silahsızlandırmaq istəyirlər. Bu onların əsas siyasətidir. Bütün bunların hamısı əhali üzərində qorxu atmosferi yaratmaq, erməni xalqının psixoloji kodunu dağıtmaq üçün nəzər tutulub. Yəni təbliğ edirlər ki, siz döyüşçü xalq deyilsiniz, siz qorxaq millətsiniz. 11 min fərari rəqəmini demək ölkənin onurğasını sındırmaq deməkdir”.

Paylaş: