“Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“ABŞ–Ermənistan birgə müəssisəsi dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik-lif kabelləri üçün tələb olunan infrastrukturların inkişafı hüququ alacaq. Biz artıq gələn il faktiki icra və tikinti mərhələsinə keçəcəyik”, – Paşinyan Berlində bildirib.
O vurğulayıb ki, “Tramp marşrutu” layihəsi Ermənistan və Türkiyə arasında kommunikasiyanın açılması, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz bağlantını təmin etməklə Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilmək üçün tam potensiala malikdir.
Safura Bənnayeva
Globalinfo.az