m%C9%99sh%C9%99d

İranın Məşhəd şəhərində yerləşən beynəlxalq hava limanı hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr Məşhəd Beynəlxalq Hava Limanı ətrafına endirilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şəhər üzərində qalxan tüstü müşahidə olunub.

İlkin ehtimallara əsasən, zərbələr nəticəsində yanacaq anbarlarının hədəfə alınıb. İddialara görə, həmin ərazidə vəziyyət artıq nəzarətdən çıxıb.

Hadisənin miqyası, dağıntıların səviyyəsi və mümkün zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İran tərəfi isə rəsmi açıqlama verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: