“Həddindən artıq qızmış batareyaların partlaması daha çox kiçik yanğınlara və xəsarətlərə səbəb olur”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snouden deyib.
O bildirib ki, Livanın müxtəlif ərazilərində peycerlərin kütləvi şəkildə partlaması haker hücumu ilə bağlı deyil. Buna səbəb peycerlərə quraşdırılan partlayıcı qurğuların işə salınması ola bilər. Ona görə də, xəsarətlər ağır olub.
“Əgər bunlar həddindən artıq qızmış batareyalardan yaranan partlayışlar olsaydı, biz daha kiçik yanğınlar və xəsarətlər görərdik. Partlayışların arxasında İsrailin dayandığını düşünürəm. Mahiyyet etibarilə bu, bir terror aktıdır”, – deyə Snouden vurğulayıb.
Bu arada “Axios” nəşri yazır ki, Livanda peycerlərin partladılması əməliyyatı İsrailin baş naziri Netanyahu ilə onun kabinet üzvləri və təhlükəsizlik rəhbərləri arasında keçirilən görüşdə təsdiqlənib.
Partlayışlar nəticəsində 8 nəfər həlak olub, 2,8 mindən çox insan yaralanıb. Partlayışların birində “Hizbullah” üzvü olan deputatın oğlu da həyatını itirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az