İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsgəndər Mömini İlham Əliyevlə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbayca İran üçün dost və qardaş ölkədir:
“İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk”.