Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarında “Molkino” raket poliqonuna hücum edib. Nəticədə bir neçə “İsgəndər” əməliyyat-taktiki raket kompleksi məhv edilib, “Pantsir-S1” zenit-raket və silah sistemi zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ukrayna ordusu poliqona zərbə endirilməsi barədə rəsmi məlumat verməyib.
“Molkino” raket poliqonu Sovet dövründən fəaliyyət göstərən Rusiyanın böyük hərbi bazasıdır. 2015-ci ildən o, Vaqner PMC-nin təlim poliqonu kimi tanınıb və daha sonra Rusiya Müdafiə Nazirliyinin rəhbərlik etdiyi Afrika Korpusuna verilib.
Həmçinin qeyd edilir ki, “Molkino” poliqonunun yaxınlığında, Qoryaçiy Klyuç kəndində Rusiya Silahlı Qüvvələrinin “İsgəndər” SRBM-ləri ilə silahlanmış 1-ci Raket Briqadasının daimi dislokasiyası yerləşir.
Əliyar Xəlil