Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin helikopter qəzasında ölməsindən sonra Turab Məhəmmədi əyalətin yeni valisi təyin olunub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yeni təyinat barədə daxili işlər naziri Əhməd Vahidinin mayın 20-də Təbrizə gəlişindən sonra keçirilən iclasda qərar verilib.
Turab Məhəmmədi bundan əvvəl keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini olub.