ABŞ qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə etdiyi bazalar legitim hədəflər hesab ediləcək.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib.
“Regionda və ya başqa yerdə ABŞ qüvvələri tərəfindən İrana zərbə endirmək üçün istifadə olunan hər hansı ölkə silahlı qüvvələrimiz üçün legitim hədəf hesab ediləcək”, – Əli Əkbər Vəlayəti deyib.
Vilayətinin sözlərinə görə, ötən gecəki zərbələrdən sonra ABŞ-nin Yaxın Şərqdə yeri yoxdur.
“Artıq bu regionda və İslam dünyasında ABŞ və ya onun bazaları üçün yer yoxdur. ABŞ İslam dünyasının qəlbinə hücum edib və bərpaolunmaz nəticələri gözləməlidir, çünki İran özünə qarşı hər hansı təhqirə və ya təcavüzə dözməyəcək”, – Vəlayəti bildirib.