Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev hakimiyyəti ələ keçirməyə hazırlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Bişkekin Pervomayski Rayon Məhkəməsi məlumat yayıb.
Məhkəmə 33 yaşlı Kadırbek Atambayevin əmlakının müsadirə olunmasına da qərar verib.
Cinayət işi çərçivəsində daha bir neçə nəfər, o cümlədən Sosial-Demokratlar Partiyasının liderlərindən Temirlan Sultanbekov, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Damir Musakeev və Sultanbekovun sürücüsü Ermek Ermatov da təqsirləndirilən şəxslər sırasında yer alır.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxslər parlament seçkilərindən sonra kütləvi narazılıq görüntüsü yaratmaq məqsədilə ardıcıl etiraz aksiyaları keçirməyi planlaşdırıblar.
Safura Bənnayeva
Globalinfo.az