İran XİN: “Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün…”

“Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

O, Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqı arasında keçirilən üçtərəfli görüşü şərh edib. Kənani regional əməkdaşlığı Qafqazda sülh və sabitliyin bərqərar olması üçün vacib amil adlandırıb.

“Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi səmərəli rol oynayır. Bu baxımdan regional formatların, o cümlədən “3+3” formatının imkanlarından istifadə etmək vacibdir”, – deyə Nasir Kənani vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az