WhatsApp Image 2025 08 19 at 00.57.30

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvləri Azərbaycan sərhədinin sıfır nöqtəsində səfərdə olublar.

Globalinfo.az-ın xəbərinə görə, səfər zamanı komissiya üzvləri Araz çayı boyunca və yüksək dağlıq ərazilərdə sərhəd nəzarəti və monitorinq prosesini yaxından izləyiblər.

Onlar sərhəd xəttindəki təhlükəsizlik tədbirləri, patrul xidmətləri və sərhəd infrastrukturu ilə tanış olublar. Məqsəd sərhəd təhlükəsizliyinin təmin edilməsi və mövcud monitorinq sistemlərinin effektivliyinin qiymətləndirilməsi olub.

Səfər çərçivəsində rəsmi şəxslər həmçinin sərhədin qorunması üçün əlavə tədbirlərin görülməsi imkanlarını müzakirə ediblər.

5267358243141844957

Paylaş: