İsrailin İrana hücumları nəticəsində ümumilikdə 606 nəfər həyatını itirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın “Daneşcu” xəbər agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Məlumat verilib ki, həlak olanların 95%-i dağıntılar altında qalaraq ölüb.
Yerdə qalan 5% isə xəstəxanalarda dünyasını dəyişib.
5332 nəfər isə indiyə qədər müalicə olunub.
Ümumilikdə təhlükədə olan 3 xəstəxana təxliyə olunub.