iran 2

İsrail Silahlı Qüvvələri ötən gecə İrana gözlənilən cavab zərbəsini endirdi. Lakin hücum iddia edildiyi kimi dağıdıcı olmadı.

ABŞ və İsrail rəsmiləri üç zərbə dalğasının həyata keçirildiyini açıqlayıblar. Məlumata görə, birincisi İranın hava hücumundan müdafiə sisteminə, ikinci və üçüncü dalğalar isə raket və dron bazalarına, o cümlədən istehsal sahələrinə yönəlib.

Təl-Əvivin cavab hücumunda İranın neft mərkəzlərini də hədəfə alacağı iddia olunsa da, bunun baş vermədiyi bildirilir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İsrail hücum zamanı İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb:

“Digər tərəfdən itkilər barədə səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın da məsləhətini nəzərə alaraq İrana məhdud zərbə endirib.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

ABŞ Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, İranla müharibənin davam etdirilməsini istəmir. Lakin məsələnin bununla yekunlaşması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Əgər Təl-Əvivin cavab zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti hücumdan çəkinəcək. Ancaq bu, son olmayacaq”.

“İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq”, – politoloq bildirib.

Turan Rzayev
Globalinfo.az

Paylaş: