İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayılıb.

Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatını ölkədən çıxarıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan edilib, ölkədən çıxarılmışdı.