
İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki cari vəziyyətlə bağlı sərt açıqlama verərək, bölgədə lokal və ya hissəli sülhün əldə olunmasının qeyri-mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, nazir mövcud gərginliyin tək bir nöqtə ilə məhdudlaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, müharibə hələ davam edəcək:
“Bölgənin bir hissəsində müharibə aparıb, digər hissəsində sülh və sakitlik gözləmək qeyri-mümkündür”.
Əraqçi münaqişənin yalnız bütün cəbhələrdə eyni vaxtda başa çatacağı təqdirdə nizamana biləcəyini qeyd edib. O, əks halda Yaxın Şərqin tam və nəzarətsiz qeyri-sabitlik dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az