Yəməndəki husilərin atdığı və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən iki ballistik raketin qalıqları ölkənin qərbində yerləşən bir neçə şəhərə, o cümlədən Məkkə və Mədinəyə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, Məkkə və Mədinə bölgələrində iki ballistik raketin qarşısı alındıqdan sonra onların qalıqları yerə düşüb.
Raket qalıqları həmçinin Ciddə, Taif və Rabığ şəhərlərində də müşahidə olunun.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi bildirib ki, hadisə ilə əlaqədar nəzərdə tutulan bütün təhlükəsizlik tədbirləri görülüb.
Əliyar Xəlil