owl detail 620 d8a7925442b1daaf93cec4f7886ba6d5

İran 48 illik İslam Respublikası tarixində ilk dəfə ABŞ-a qarşı bu cür hüquqi prosedur nəticəsində maliyyə nəticəsi əldə etdiyini və ölkənin əmlakını müsadirə etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kəpənək xəstəliyi” kimi tanınan büllöz epidermolizdən əziyyət çəkən uşaqlara yardım göstərən “EB Evi” təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib.

Bildirilib ki, təşkilat və xəstələrin ailələri məhkəmə yolu ilə neft yükünə həbs qoyulmasına nail olublar.

Təşkilatın məlumatına görə, ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində xəstələr üçün zəruri tibbi sarğıların tədarükü dayandırılıb. Müsadirə olunan vəsaitin zərər çəkmiş vətəndaşlara kompensasiya ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: