q1

Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər – 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev xəsarət alıb.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

q2 q3

Paylaş: