bol

Bolqarıstanda prezident və vitse-prezident vəzifələrinə namizədləri müəyyənləşdirmək üçün səsvermə başlayıb. Seçkilərdə 27 namizəd cütlüyü iştirak edir.

Globalinfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Məntəqələrdə növbədə olan seçicilər üçün səsvermə müddəti saat 21:00-dək uzadıla bilər.

Xaricdə yaşayan Bolqarıstan vətəndaşlarının da seçkilərdə iştirak etməsi üçün 60 ölkədə 613 seçki məntəqəsi yaradılıb. Bolqarıstan diasporunun ən sıx məskunlaşdığı Türkiyədə 78, Böyük Britaniyada 82, Almaniyada isə 70 məntəqə fəaliyyət göstərir.

Rəy sorğularına əsasən, əsas rəqabət hazırkı prezident İlyana Yotova ilə keçmiş baş nazir Andrey Qyurov arasında gedir. Sorğulardan birinə görə, Yotova 41%, Qyurov isə 28% dəstək qazanıb.

Seçki kampaniyasının əsas mövzuları arasında Rusiya-Ukrayna müharibəsi, ölkənin xarici siyasət istiqaməti, iqtisadi çətinliklər və Qara dənizdə təhlükəsizlik məsələləri yer alır. Namizədlər Ukrayna müharibəsinə yanaşmaları və Qərblə münasibətlər barədə fərqli mövqelər sərgiləyirlər.

Qeyd edək ki, namizədlərdən heç biri ilk turda tələb olunan səs çoxluğunu əldə etməsə, ikinci tur noyabrın 1-də keçiriləcək.

Paylaş: