Medvedev 121

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampa Venesuela, Kuba və İranla bağlı iddialardan daha çox zərər vurub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

O, Trampa Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoruna və müdafiə nazirinə bu vəziyyəti “aradan qaldırmağı” tapşırmağı təklif edib.

Rusiya rəsmisi Zelenskini Trampın “öz adamı” kimi xarakterizə edərək, onun ABŞ prezidentinin real maraqlarına adıçəkilən üç ölkə ilə bağlı iddialardan daha çox zərər vurduğunu iddia edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: