zelzeleee 1 1

Çinin Çinxay-Tibet bölgəsində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ Naqçu şəhərindən 217 kilometr, Lhasa şəhərindən isə 421 kilometr məsafədə baş verib.

Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat yoxdur.

Paylaş: