aket

İran ölkə ərazisi üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusuna məxsus LUCAS tipli dron Fars körfəzi sahilində yerləşən Hörmüzqan əyalətinin Bəndər-Abbas liman şəhəri üzərində məhv edilib.

İran tərəfinin yaydığı açıqlamada qeyd olunub:

“ABŞ-a məxsus bir LUCAS pilotsuz uçuş aparatı ölkənin vahid milli hava hücumundan müdafiə şəbəkəsinə daxil olan ordu sistemlərinin atəşi ilə vurulub”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: